Paytaxtda yaşayış binasında yanğın olub

Paytaxtda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çardağında ümumi sahəsi 12 kvadratmetr olan köməkçi otaqda məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə