Dənizdə batan şəxs xilas edilib

Bu gün gündüz saatlarında Xəzərdə batan şəxs xilas edilib.

SİA-nın FHN-dən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Abşeron rayonu, Fatmayı kəndində 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Əməliyyat saat 12:31-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə