Nübar qəsəbəsidə ölümlə nəticələnən hadisəs baş verib

Nübar qəsəbəsidə ölümlə nəticələnən hadisəs baş verib

Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 2-də saat 1.00 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində Saatlı rayon sakini Ellər Fərəcov idarə etdiyi “QAZ-33021” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə