Polislər meşədə azan qızcığazı tapdılar

Polislər meşədə azan qızcığazı tapdılar

İyulun 26-da Quba rayonunun Qəçrəş kəndi ərazisində azyaşlı qızın itkin düşməsi barədə DİN-in “102 Zəng Mərkəzi”nə müraciət daxil olub. Məlumat aidiyyatı üzrə Quba RPŞ-yə ötürülüb. SİA-nın DİN-in mətbuat xidmətindən aldığı məlumata görə, Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə yaradılan əməliyyat qrupu dərhal hadisə yerinə yollanıb.

Araşdırmalarla müəyyən edilib ki, 9 yaşlı Günel babası ilə birlikdə daxili turizm xətti ilə paytaxtdan Qəçrəşə gəzməyə gəliblərmiş. Baba nəvəsinin istirahətdə olarkən gördüyü mənzərədən çox xoşlandığını bildirib və meşədə gəzərkən azdığını bildirib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları tərəfindən Günel 30 dəqiqədən də az müddətdə sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.

Uaşağın babası F.Zeynalov bu diqqət və qayğıya, polislərin operativliyinə görə RPŞ-nin rəhbərliyinə minnətdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə