Bakıda və Şirvanda batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.
Analoji hadisə Şirvan şəhərində qeydə alınıb. 2 nəfər çayda çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə FHN-ə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB