Gəncədə yük maşını yanıb

Gəncə şəhərində “Ford” markalı yük avtomobili yanıb. Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, yanğın vaxtında söndürülüb. Lakin avtomobil yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Müəllif: İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə