"Bakı Avtomobil" zavodunda yanğın olub. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilir ki, Bakı şəhəri, Xətai rayonunda "Bakı Avtomobil" zavodunun ərazisində 1000 kv.m sahədə qamışlıq və 50 ədəd istismara yararsız avtomobil şinləri yanıb.
Yaxınlıqdakı tikililər və yaxınlıqdan keçən dəmiryolu xətti yanğından mühafizə olunub. Yanğın saat 00:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB