Astara rayonunun Şahağacı kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Report xəbər verir ki, qəza "Mersedes" və VAZ-21015 markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Qəza nəticəsində 1975-ci il təvəllüdlü Dadaşova Xavər, 1981-ci il təvəllüdlü İsmayılova Aynurə və 1980-ci il təvəllüdlü sürücü Səmədov Seyman xəsarət alıb. Onlardan X.Dadaşova Astara Mərkəzi Rayon Xəstəxanasına, sürücü S.Səmədov və A.İsmayılova Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. X.Dadaşova və S.Səmədovun vəziyyəti ağırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB