Gədəbəy rayonunda ağır yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin Gədəbəy rayon Polis Şöbəsinə istinadən verdiyi məlumata görə, gecə saatlarında rayon sakini, 1966-c il təvəllüdlü Məmmədov Qalib Musa oğlu idarə etdiyi "Niva Şevrolet" markalı avtomobilini aşırıb. Hadisə nəticəsində sürücü yerindəcə keçinib.
Hazırda faktla bağlı araşdırma aparılır. İlkin məlumatlara görə qəzaya səbəb avtomobilin yüksək sürətlə hərəkəti olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB