Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun 30-da saat 12 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində rayon sakini Eşqin Məmmədəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Tahir Rəhimovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB