3 otaqlı ev əşyaları ilə birgə yandı

3 otaqlı ev əşyaları ilə birgə yandı

Biləsuvar rayonu, Aşağı Cürəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 m2 olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hacıqabul şəhərində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin salonunun yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə