Hacıqabulda silahlı isnident baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, hadisə Bayram İbrahimov küçəsində qeydə alınıb. Baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb.
Adıçəkilən küçədəki evlərdən birinə silahlı basqın olub. Nəticədə bir ailənin 4 üzvü öldürülüb. Onlardan biri qadındır.
Qətlə yetirilənlər – Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.
Hadisəni törədən şəxs polis tərəfindən zərərsizləşdirilib.
Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Сinayətin səbəbləri araşdırlır.
Hacıqabul Şəhər İcra Nümayəndəliyindən mətbuata verilən məlumata görə, bir ailənin dörd üzvünü qətlə yetirən Mübariz Mehdiyev Moskvada yaşayırmış: “O, bir müddət öncə həbsdən çıxmışdı. Mübarizlə Qənbərovlar ailəsinin Moskvada yaşayan üvzü Natiq arasında illərdir ki, münaqişə vardı. Ona görə də Mübariz həbs olunmuşdu. Mübarizin qisas almaq istədiyi şəxs Moskavda yaşayır. Onların hər ikisi Moskva uşaqlarıdır. Bazarda alver edirdilər.
Mübariz həmin şəxdən qisas almaq üçün səhər saat altı tamamda Qənbərovların həyətinə daxil olub. O, səhv edərək Qənbərovların qardaşının ailəsini qətlə yetirib. O, Moskvada yaşayan şəxsin ailəsini yox, onun əmisinin ailə üvlərini qətlə yetirib. Mübarizin səhv etməsinə səbəb isə Qənbərovlar ailəsinin bir həyətdə yaşaması olub. Səhər tezdən həyətə daxil olan Mübariz qarşısına keçən hər kəsə güllə atıb. Bu zaman qonuşlar polisə xəbər veriblər.
Polis həyətə daxil olan kimi, Mübariz gülləni özünə sıxıb. Beləliklə 5 nəfər hadisə yerindəcə ölüblər. Onlar Moskavda alver edən zaman aralarında münaqişə baş vermişdi. Mübarizin qətlə yetirdiyi ən gənc şəxsin isə 28 yaşı var. O da Moskvada yaşayan Natiqin əmisi oğludur. Mübariz də ailə həyatı qurmayıb. Bildiyimizə görə Mübarizin həbs olunmasına bu ailənin Moskvada yaşayan üzvü səbəb olub”- deyə İcra Nümayəndəliyindən bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB