Bakının Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan taxta konstruksiyadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları, içərisinə yığılmış istifadəsiz ev əşyaları, və tikiliyə bitişik digər vətəndaşa məxsus ümumi sahəsi 15 m2 olan dəmir qarajın içərisinə yığılmış əşyalar 5 m2 sahədə yanıb.
Qaraj yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB