Dünən dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:15-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB