Binəqədi rayonu, Azadlıq prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iyulun 28-də saat 1.00 radələrində Binəqədi rayonu Azadlıq prospektində Abşeron rayon sakini Şamxal Əhmədov idarə etdiyi “Volksvagen” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Kamran Abdullayevi vurub.
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Binəqədi RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB