Həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən Arzu Namazov tutulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, iyulun 27-də Ağstafa rayonu ərazisində əvvəllər məhkum olunmuş A.Namazov münaqişə zəminində həyat yoldaşı Xəyalənin boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib və nəticədə qadın hadisə yerində ölüb.
A.Namazov Ağsatafa RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB