Azərbaycan Şimali Qafqazda terrorçu qruplaşmalara qoşulduğu ehtimal olunan Qubadlı sakini barəsində İnterpol xətti ilə axtarış elan edib

Azərbaycan Şimali Qafqazda terrorçu qruplaşmalara qoşulduğu ehtimal olunan Qubadlı sakini barəsində İnterpol xətti ilə axtarış elan edib

Azərbaycan daha bir terrorçu barəsində beynəlxalq axtarış elan edib. SİA-nın məlumatına görə, bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat yerləşdirilib. İnterpol xətti ilə axtarılan azərbaycanlı Hafiz Ruslan oğlu Ramizzadədir. Qubadlı rayonundan olan H. Ramizzadə terrorçuluqda ittiham olunur və o, Bakının Səbail rayon hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

 

H. Ramizzadə radikal dini qruplaşmanın üzvüdür və uzun müddət Gürcüstanın Pankisi dərəsindəki qeyri-qanuni silahlı birləşmələrin tərkibində təlim keçib. O, 2003-cü il yanvar ayının 29-da Gürcüstan Respublikası Dövlət Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin əməkdaşları tərəfindən Pankisi dərəsindəki qeyri-qanuni silahlı birləşmələrə məxsus hərbi düşərgədə həbs olunub. Azərbaycan hüquq-mühafizə orqanlarında təhvil verilən H. Ramizzadə mühakimə olunub və bir neçə il sonra azadlığa buraxılıb.

 

Bundan başqa, H. Ramizzadə daha bir neçə dəfə vəhabilərin toplantılarında iştirak etdiyi üçün inzibati məsuliyyətə cəlb edilib. Sonradan isə onun Şimali Qafqazda terrorçu qruplaşmalara qoşulduğu ehtimal olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə