Sabunçu rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşmiş iki nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18.30-da başa çatıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB