Sabunçuda çimərlikdə batan iki nəfər xilas edilib

Sabunçuda çimərlikdə batan iki nəfər xilas edilib

Sabunçu rayonunda dənizdə çimərkən batan iki nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:30-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə