Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda 1 nəfərin yaşadığı ikimərtəbəli binanın 2-ci mərtəbəsindəki mənzilin pəncərəsinə intihar etmək məqsədi ilə çıxması barədə məlumat daxil olub.
SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb, vətəndaş aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB