Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kəndi ərazisində “QAZel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Nəticədə avtomobildə olan kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədova Gülnarə və onun 9 yaşlı oğlu Yamin müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətlərinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB