Çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında bu gün yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, binanın 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzilin eyvanında 2 kv.m sahədə əşyalar yanıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın saat 11:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Bütün xəbərlər Facebook səhifəmizdə