Mərkəzi bazarda yanğın baş verib

Mərkəzi bazarda yanğın baş verib

Bu gün Xaçmaz şəhərində yerləşən mərkəzi bazarda yanğın baş verib. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bazarın qarşısında vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 242 m2 olan 4 mağazanın yanar konstruksiyaları 170 m2 sahədə yanıb. Bitişik mağazalar və bazar yanğından mühafizə olunub.

Yanğın saat 07:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə