Müəssisəyə mobil telefon aparatlarının keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların keçirilməsinə qarşı mübarizə davam etdirilir. SİA-nın verdiyi məlumata görə, Penitensiar xidmətin Baş idarəsinin və 17 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə mobil telefon aparatlarının keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Cinayət Məcəlləsinin 234.1; 93.1.2 -ci maddəsinə əsasən 1 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əliyev Mamed Rüstəmoviç ilə qısamüddətli görüşə gəlmiş anası Qazaxıstan Respublikası vətəndaşı Hüseynova Məlahət Vəzir qızı tərəfindən gətirilmiş sovqat və əşyalara baxış keçirilən zaman əl çantasından 1 ədəd danışıq kartı, 1 ədəd Nokia və 1 ədəd İphone markalı mobil telefon aparatları aşkar edilərək götürülmüşdür.
Fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB