Bakının Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin birinci mərtəbəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 11:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə