Sabunçuda güllələnmə hadisəsi olub

Sabunçuda güllələnmə hadisəsi olub

Bakının Sabunçu rayonunda güllələnmə hadisəsi qeydə alınıb. Report xəbər verir ki, Bakıxanov qəsəbəsi Mahir Əmirov küçəsində naməlum şəxslər arasında mübahisə yaranıb. Nəticədə həmin şəxslər 29-30 yaşlarında olan kişiyə pnevmatik tapançadan atəş açıblar. Həmin şəxs baş və bədən nahiyəsindən xəsarətlər alıb. Həmin şəxs 3 saylı kliniki tibbi mərkəzə yerləşdirilib. Vəziyyəti ağırdır.

Baş vermiş hadisə ilə əlaqədar əraziyə Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları cəlb olunub. Hadisəni törədən şəxslərin axtarışına başlanılıb. Saxlanılan yoxdur. Təcili yardım maşını gec gəldiyi üçün yaralını Post Patrul Xidmətinin əməkdaşları xəstəxanaya çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə