94 ədəd jurnal aşkar edilərək götürülüb

94 ədəd jurnal aşkar edilərək götürülüb
Bu ilin 6 ayı ərzində "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərini pozaraq qeyri-qanuni təbliğat apardıqlarına görə 138 nəfər saxlanılaraq şəhər-rayon polis şöbələrinə gətirilib. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən bildirilib. Məlumata görə, onlardan 1066 ədəd dini ədəbiyyat, 102 ədəd CD və DVD, 16 ədəd audio kaset, 94 ədəd jurnal aşkar edilərək götürülüb.

Görülmüş tədbirlər nəticəsində 1 fakt üzrə cinayət işi başlanılıb.

Götürülmüş dini təyinatlı ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Qeyd olunub ki, DİN-in təmsilçiləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Baş Prokurorluğun və digər dövlət qurumlarının nümayəndələri ilə birlikdə ictimaiyyət arasında radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri, bu sahədə mübarizənin hüquqi əsasları barədə maarifləndirmə işlərinin aparılması məqsədi ilə zonalar üzrə konfranslar keçirblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com