Goranboyda qadın sürücü qəza törədib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, iyulun 18-də saat 20:00 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin ərazisində Naftalan şəhər sakini Ceyhunə Hüseynova idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb.
Qəzada avtomobildə olan 2 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Sahibə Hacıyeva xəstəxanada ölüb.
Goranboy RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB