Qanunsuz mobil telefonların gətirilməsinin qarşısı alınıb

Qanunsuz mobil telefonların gətirilməsinin qarşısı alınıb

Qanunsuz yolla ölkəyə mobil telefonların gətirilməsi cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən SİA-ya bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə “BMW-520” markalı RN 126 NR nömrə nişanlı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlin və digər yollarla keçirilən mobil telefonların olması barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində həmin avtomobil Qazax rayonunun Salahlı kəndi ərazisində saxlanılıb və Gürcüstan vətəndaşı İusubov Einar Azad oğlunun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerindəki karton qutunun içindəki sellofan torbalarda mobil telefonlar olduğu müəyyən edilib.

Daha sonra Gürcüstan vətəndaşı İusubov Einar Azad oğluna məxsus torbalara Tovuz Gömrük İdarəsinin həyətində hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı torbaların birindən 48 ədəd “Nokia 3310”, 26 ədəd “Nokia 103” markalı, hər hansı aksesuarı olmayan mobil telefonlar, digər torbalardan isə 74 ədəd mobil telefon qutusu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə