Bakı şəhər sakini yolu keçən piyadanı vurub

Bakı şəhər sakini yolu keçən piyadanı vurub

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun 17-də saat 22 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Firuz Cavadov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Babək rayon sakini Mehman Abbasovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə