Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat nəticəsində Bakı şəhərində fəaliyyət göstərən şirkətlərdən birinə külli miqdarda ziyan vurmaqla törədilən cinayətin üstü açılıb və bu hüquqazidd əməli törədən qrupun üzvləri zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, paytaxt ərazisində yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub.
Məlumat daxil olan kimi DİN Baş Cinayət Axtarış İdarəsi (BCAİ), Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ və 17-ci Polis Bölməsi əməkdaşlarının iştirakı ilə yaradılan əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə baxış keçirib.
Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və görülən zəruri tədbirlər nəticəsində onlar Xaçmaz rayonunda tutulublar.
Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı qeydə alınan soyğunçuluq hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinədarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova olduğu məlum olub.
Araşdırma zamanı məlum olub ki, S.Məmmədova MMC-nin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib. O, yaranan kəsirin aradan qaldırmaq üçün əvvəldən tanıdığı - dəstənin digər üzvü Tural Quliyevdən kömək istəyib.
T.Quliyev əvvəlcə ona kassadakı puldan 20 min manat da götürərək futbol mərc oyunlarına qoymağı məsləhət görüb. T.Quliyev S.Məmmədovadan qeyd edilən pulu götürüb mərc oyunlarına qoysa da o, həmin pulu da uduzub.
Bundan sonra S.Məmmədovanın MMC-nin xəzinəsində olan kəsiri daha da artdığından dəstə üzvləri başqa plan qurublar.
Belə ki, S.Məmmədova əvvəlcədən T.Quliyevə ofisdən banka pul apardığı vaxtı deyərək ona hücum edib xəsarət yetirməyi və əlindəki içi pulla dolu çantanı alaraq qaçmağı tapşırıb. Hadisə günü T.Quliyev qeyd edilən vaxtda tanışı Asif Abdullayevlə birklikdə sonuncuya məxsus "Niva" markalı avtomobillə ofisin giriş qapısına gələrək plana uyğun şəkildə qeyd edilən cinayəti həyata keçirib.
Plana görə S.Məmmədova ifadəsində onu soyan şəxsləri tanımadığını və kəsirlərini gizlətmək üçün yalandan çantada 134 min manat pulun olduğunu bildirib.
Amma qadının ifadəsindəki ziddiyyətlər və şübhəli davranışları polisin diqqətindən yayınmayıb və baş verən cinayətin üstünü isti izlərlə açmaq mümkün olub.
Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Neokolonializmə qarşı vahid mövqe
Siyasət 14:38Heydər Əliyev Fondunun quruculuq missiyası - TƏHLİL
Siyasət 14:29Rusiya hökuməti istefa verdi
Dünya 14:21Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb
İqtisadiyyat 14:21Çin anlaşmaya çalışır, bəs Avropa? - ANALİTİK
Siyasət 14:13AYNA-dan taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı açıqlanıb
İqtisadiyyat 13:43Azərbaycanın Baş naziri Türkiyədə rəsmi səfərdədir
Siyasət 13:40Sabah leysan yağacaq, külək əsəcək - PROQNOZ
Sosial 13:32İrəvana səlib yürüşü - RAKURS
Siyasət 13:30Azərbaycan lideri Slovakiyaya səfərə dəvət olunub
Siyasət 13:25Azərbaycan-Slovakiya sənədləri imzalanıb
Siyasət 13:08Apreldə Bakı aeroportunda sərnişin axını 50 % artıb
İqtisadiyyat 13:03Azərbaycanda prokuror faciəli şəkildə ÖLDÜ
Hadisə 12:52Azərbaycanda dollara tələb 2 %-dən çox artıb
İqtisadiyyat 12:48Deputat Bakı adalarının abadlaşdırılmasını təklif etdi
Siyasət 12:38Şəhid ailələri özəl universitetlərdə pulsuz oxuyacaq
Siyasət 12:32Ədliyyə işçilərinə kompensasiyası ödəniləcək
Siyasət 12:26Hərbi qulluqçunun vəzifələri artırılır
Siyasət 12:15Riyaziyyat fənn olimpiadasının final turu keçirilir
Təhsil 12:12Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək
Siyasət 11:57Paşinyanı Bakıya dəvət etmək olar - ZAHİD ORUC
Siyasət 11:49Bu il 15 mindən çox şəxsə əlillik təyin olunub
Sosial 11:48"Bu gün 35 milyon manata yaxın büdcə gəlirimiz var" - Vüqar Bayramov
İqtisadiyyat 11:33“Diabetli pasiyentlərdə ürək çatışmazlığının menecmenti”
Səhiyyə 11:23Qusar sakini dəm qazından boğularaq ölüb
Hadisə 11:10Heydər Əliyev insanların ümidlərini doğruldub - SPİKER
Siyasət 11:08Milli Məclisin növbəti iclası keçirilir - GÜNDƏLİK
Siyasət 11:02Maduro Putini o ki var tərifləyib və...
Dünya 11:01COP29-a ev sahibliyi: qazancımız və məsuliyyətimiz nədir?
Köşə yazıları 10:49Deməli,..nə olub..?
Dünya 10:45ARDNF-nin “Şahdəniz”dən gələn gəlirləri açıqlanıb
İqtisadiyyat 10:42İsmayıllı-Qəbələ yolunda avtomobil ağaca çırpılıb
Hadisə 10:32Bu il Dövlət Neft Fondu AÇG-dən 1,8 milyard dollara yaxın gəlir əldə edib
İqtisadiyyat 10:29Burak Özçivit “Kuruluş Osman”dan ayrılır?
Şou-Biznes 10:19Məşhur klub baş məşqçisi ilə yollarını ayırıb
İdman 10:11Britaniyadan Azərbaycan komandasına təbrik
Siyasət 10:08Özəl xəbərlər
Digər xəbərlərRedaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8303 +0,03%
- GBP 2,1341 +0,07%
- RUB 0,0186 +0,54%