Saatlıda 3 yaşlı uşaq gölməçəyə düşərək boğulub

Saatlıda 3 yaşlı uşaq gölməçəyə düşərək boğulub

Saatlı rayonunda bədbəxt hadisə baş verib. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə dünən rayonun Hacıqasımlı kəndində qeydə alınıb. 3 yaşlı Həsənova Familə Bəxtiyar qızı evlərinin həyətindəki gölməçəyə düşərək boğulub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə