2 otaqlı mənzildə yanğın baş verib

2 otaqlı mənzildə yanğın baş verib

Bakıda mənzildə yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd çarpayı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə