Tovuzda zəhərlənmə olub

Tovuzda zəhərlənmə olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini 1987-ci il təvəllüdlü Əliyeva Şəlalə və onun 2 aylıq oğlu Süleyman Sadıqov zəhərlənmə əlaməti ilə dünən rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə qadın həyətlərində olan toyuq damını dərmanla dezinfeksiya etdikdən sonra zəhərlənib. O, iki aylıq körpəsini əmizdirdiyi üçün uşaqda da zəhərlənmə əlaməti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə