Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində ağır yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, bu gün saat 2.00 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində kənd sakini Şamnur Namazovun idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı ağaca vurması nəticəsində o və sərnişini, həmkəndlisi Tural Mehdizadə hadisə yerində ölüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB