Saatlı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Ramin Mirzəyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 16 ədəd çətənə kolu və 15,60 qram marixuana aşkar edilərək götürülüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, narkotik əleyhinə digər əməliyyat Xaçmaz RPŞ əməkdaşları tərəfindən həyata keçirilib. Belə ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Qadıyevə məxsus evə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Yevlaxda da analoji əməliyyat tədbirləri keçirilib. Rayon polis şöbəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gülövşə kənd sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Quliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB