Gəncədə 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. SİA-nın bölgə müxbirinin məlumatına görə, “QAZ 31 10” markalı avtomobillə Məmmədova Aynurə İsmayıl qızı və onun 5 yaşlı oğlu vurulub. Nəticədə qadın yerindəcə, uşaq isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında (TTYX) dünyasını dəyişib.
“QAZ 31 10” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb.
Qeyd edək ki, sürücünün tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
Müəllif:İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB