Göyçay şəhərində yol-nəqliyyat hadisəsi baş verib

Göyçay şəhərində yol-nəqliyyat hadisəsi baş verib

Göyçay şəhərinin Nizami küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun 14-də saat 1.00 radələrində Göyçay şəhərinin Nizami küçəsində şəhər sakini Səfər Rəsulov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Mehman Mirzəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə