Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, əvvəllər məhkum olunmuş Xanmurad Babayevdən külli miqdarda narkotik maddə olan marixuana götürülüb.
Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Xanmurad Babayevdən götürülən narkotik vasitə ekspertiza edilərkən çəkisinin 1 kiloqram 838,2 qram olduğu müəyyənləşib.
Faktla bağlı Xızı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB