8 yol-nəqliyyat hadisəsi baş verib

8 yol-nəqliyyat hadisəsi baş verib

Ötən gün Azərbaycanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, yol qəzaları nəticəsində 10 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Eyni zamanda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə