Ələt-Astara yolunda ağır yol qəzası baş verib. SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 10-cu kilometrliyində “Mercedes” markalı mikroavtobusun “KAMAZ” markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq, deformasiyaya uğramış mikroavtobusda sıxılmış vəziyyətdə qalmış 3 nəfərin cəsədini və xəsarət almış digər 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, əməliyyat saat 06:00-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB