Şəmkirdə 18 yaşlı gənci qatar vurb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Düyərli kəndi ərazisində qeydə alınıb. Babayev Kazım Həbib oğlu dəmiryol xəttini keçən zaman elektravoz onu vurub.

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu deyilir.

Qey edək ki, faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə