Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
SİA-nın verdiyi məlumata görə, Moskva-Gəncə, Tbilisi-Bakı və Nyu-York-Bakı aviareyslərilə gələn Azərbaycan Respublikasının vətəndaşları gömrük nəzarətindən keçərkən onların baqajları rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda "beşbarmaq" və dəyənəyə oxşar əşyaların təsvirləri görünüb.
Təkrar yoxlama zamanı həmin vətəndaşlardan ikisinin çantasında və çamadanında 1 ədəd olmaqla, cəmi 2 ədəd "beşbarmaq", digər vətəndaşın çamadanında isə 1 ədəd dəyənək aşkar olunub.
Hər üç faktla bağlı araşdırma aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə