Gəncədə jurnalistin avtomobili qarət olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, “ARB Kəpəz” telekanalının xəbərlər departamentinin rəisi Fərid Mehdiyevin avtomobilinin şüşəsi sındırılaraq maşından nağd pul, plastik kartlar və bir sıra lazımı sənədlər aparılıb.
Qeyd edək ki, faktla bağlı hüquq mühafizə orqanları əməkdaşlarına məlumat verilib. Polis araşdırmalara başlayıb.
Müəllif:İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə