Gəncə şəhərində kafelərdən birində kütləvi dava baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, 35 yaşlı şəhər sakini Münasib Kərimov döyülərək bıçaqlanıb.
O, dərhal xəstəxanaya yerləşdirilib. Belə ki, yaralının vəziyyətinin stabil olduğu deyilir.
Araşdırmalar zamanı müəyyən edilib ki, Münasib Kərimov kafedə qeydə alınan kütləvi dava zamanı xəsarət alıb.
Qeyd edək ki, faktla bağlı araşdırmalara başlanılıb.
Müəllif: İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə