İyulun 9-da təqribən səhər saat 8.15 radələrində Neft Daşlarında Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq) 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atmış, nəticədə dünyasını dəyişıb.
SİA-nın verdiyi məlumata görə, bu barədə SOCAR məlumat yayıb.
Hadisə ilə bağlı təcili olaraq müvafiq orqanlara məlumat verilib, araşdırma işləri aparılır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə