Coratda oğul atasını bıçaqlayıb

Coratda oğul atasını bıçaqlayıb
Azərbaycanın Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, hadisə sentyabrın 16-dan 17-nə keçən gecə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 21 yaşlı Elxan Hacıyev ailə münaqişəsi zəminində atası, 51 yaşlı Rasim Hacıyevi bıçaqlayıb. Ağır xəsarətlə xəstəxanaya çatdırılan R.Hacıyevi xilas etmək mümkün olmayıb.

Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən E. Hacıyev saxlanılıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə