Sumqayıt sakininin avtomobilindən silah və narkotik çıxdı

Sumqayıt sakininin avtomobilindən silah və narkotik çıxdı

Xızı rayon Polis Şöbəsinin əməkdaşları Sumqayıt sakininin avtomobilindən silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyindən SİA-ya bildiriblər ki, polis əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Elnur Quliyevin idarə etdiyi "Azsamand" markalı avtomobilə baxış zamanı "Valero-Combat" markalı qaz tapançası, 1 ədəd patron darağı və 5,79 qram marixuana aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə