Rusiya kriminal aləminin ən nüfuzlu şəxslərindən sayılan Aslan Usoyan ("Ded Xasan") Moskvanın mərkəzində sui-qəsdə məruz qalıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, kriminal avtoritetə odlu silahdan atəş açılıb. Hücum Tver küçəsində yerli vaxtla saat 20.00-da baş verib. "Ded Xasan" şəxsi maşınından düşən zaman atəş açılıb. Qatilin tək olduğu bildirilir. Qarnından güllə yarası alan kriminal avtoritet təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. "Ded Xasan" sui-qəsddən sağ çıxıb və xəstəxanaya yerləşdirilib. Onun Baqramyan soyadlı mühafizəsisi isə aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Aslan Usoyan hazırda əməliyyat olunur. Xəstəxananın ərazisinzə Xüsusi Təyinatlı Milis Dəstəsinin 20 döyüşçüsü növbə çəkir. Xəstəxanaya qara şüşəli bir neçə maşın gəlib.
"Ded Xasan" (əsl adı Aslan Usoyandır) 27 fevral 1937-ci ildə Tiflisdə anadan olub. Aslan Usoyan Rusiyanın ən məşhur və nüfuzlu kriminal avtoritetlərindən sayılır. Rusiya ərazisində, xüsusilə, Ural və ölkənin cənub regionlarında qafqazlıların mütəşəkkil cinayətkar dəstələri onun nəzarətində olub. "Ded Xasan" Moskva, Sankt-Peterburq şəhərlərində, Rusiyanın mərəzi regionlarında, bir sıra yaxın və uzaq xarici ölkələrdə nüfuz sahibi idi.
Bəzi məlumatlara görə, 2006-cı ildə Aslan Usoyan və ondan heç də az tanınmayan kriminal avtoritet Tariel Oniani ("Taro" ləqəbli) arasında kriminal nüfuz dairəsinin bölüşdürülməsi üstündə münaqişə yaranıb. Aslan Usoyan "Yaponçik" ləqəbli Vyaçeslav İvankovla yaxın olub. "Yaponçik" ötən il oktyabrın 9-da Moskvadakı kafelərdən birinə girərkən qətlə yetirilib. "Ded Xasan"ın qruplaşmasının əsas gəliri oyun biznesi, narkotik və silah dövriyyəsi, təbii ehtiyatların hasilatı sahələrindəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB