Cəzaçəkmə müəssisəsinə narkotik vasitənin keçirilməsinə cəhdi edilib
Penitensiar Xidmətin Baş idarəsinin və 7 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə SİA-ya Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəbiyev Müşfiq Qahir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası, Mingəçevir şəhər sakini Nəbiyeva Vahilə Xəlil qızı tərəfindən gətirilmiş sovqatda olan ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş kağız bükülüdə 0.164 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Xətai Rayon Polis İdarəsinə göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB